Kipr muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq

Mədəniyyət


Şimali Kipr Türk Respublikasının Müasir İncəsənət Muzeyi Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümü şərəfinə sərgi təşkil edir.

54 Azərbaycan rəssamının əsərlərindən ibarət “Azərbaycan Müstəqillik Günü Sərgisi” Yaxın Şərq Universiteti xəstəxanasının sərgi salonunda baş tutacaq və mayın 26-da respublika prezidenti Ersin Tatar tərəfindən açılacaq.

Sərginin təşkilatçıları Yaxın Şərq Universiteti və Kipr Müasir İncəsənət Muzeyidir.

Xüsusi sərgi iyunun 2-nə qədər ziyarətçilərin ixtiyarına veriləcək.

Mənbə: neu.edu.tr

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir