Keçən il dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 80 faizindən çoxu nələrə yönəldilib?

Cəmiyyət


2022-ci il də dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə keçid layihələr üstünlük təşkil edib.

Bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Belə ki, dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitlərin bölgüsünə daxil edilmiş 507 layihədən 332-si keçid, 175-i isə yeni layihələr olmuşdur ki, bu layihələrin icrasına müvafiq olaraq 2708,5 milyon manat (82,6%) və 571,9 milyon manat (17,4%) vəsait yönəldilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir