Füzulinin Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib

HƏRBİ


“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib”.

“resmixeber.az”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, agentlik tərəfindən həmin ərazidə bir aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib:

“Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə, 36-sı isə piyada əleyhinə minadır. Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək”.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir