Azad edilmiş ərazilərdə daha 31 mina aşkarlanıb – FOTO

Cəmiyyət


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti barədə həftəlik məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, mayın 8-dən 13-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 17, tank əleyhinə 14 mina və 484 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 213 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir