
Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald
Trampdan qış mövsümünə qədər Ukraynaya “Patriot” zenit-raket
kompleksləri (ZRK) üçün 300 ədəd raket verilməsini xahiş edib.
Bu barədə o, “Axios” portalına müsahibəsində bildirib.
Portalın qeyd etdiyi kimi, bu müraciət Ukraynanın qış aylarında
üzləşə biləcəyi enerji sisteminin çökməsi ilə bağlı
narahatlıqlardan irəli gəlir.
Zelenskinin sözlərinə görə, Ağ Evin rəhbəri “kömək etməyə
çalışacağına söz verib”, lakin ABŞ prezidenti əlavə edib ki, İranla
münaqişə zamanı həmin ZRK raketlərindən istifadə zərurəti
səbəbindən bunu həyata keçirmək çətindir.
Zelenski həmçinin Trampla ikitərəfli görüş zamanı ABŞ
prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Amerika
liderinin kürəkəni Cared Kuşnerin yaxın iki həftə ərzində baş tuta
biləcək Ukrayna səfərini də müzakirə etdiklərini təsdiqləyib.
Bundan əvvəl Tramp Vaşinqtonun Kiyevə “Patriot” zenit-raket
kompleksləri üçün raketlərin istehsalına lisenziya verəcəyini
açıqlamışdı.

