
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün təcili “qış paketi” çərçivəsində raketlərin verilməsini xahiş etdiyini bildirib.
APA xəbər verir ki, Zelenski bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna qış mövsümü başlamazdan əvvəl hava hücumundan müdafiə sistemləri üçün 300 raket ehtiyatı formalaşdırmağı planlaşdırır.
Zelenski qeyd edib ki, Ukraynanın “Patriot” sistemləri üçün raket ehtiyatı demək olar ki, tükənib və bu raketlər olmadan ölkə ballistik raket hücumlarından effektiv müdafiə oluna bilmir.
Prezident vurğulayıb ki, məhz bu səbəbdən Ukrayna son vaxtlar Rusiyanın Kiyevə endirdiyi ballistik raket zərbələrinin qarşısını tam şəkildə ala bilməyib.

