Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi geri çağırılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri
çağırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında
dərc olunub.

Sərəncamla, Qalib Malik oğlu İsrafilov Azərbaycan
Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri
çağırılıb.