Respublika üzrə 2026-cı ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
“Bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it,pişik,siçovul) tərəfindən olub. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var. 2025-ci ilin cari dövrü ilə müqayisədə bu il 1058 nəfər artım olub”, – o bildirib

