Regionlarda Polis Günü qeyd edilib – FOTO

Cəmiyyət


Sabirabad, Hacıqabul və Zərdab rayonlarında Azərbaycan Polisinin 105 illiyi ilə əlaqədar təntənəli tədbirlər keçirilib.

“resmixeber.az” xəbər verir ki, yubiley tədbirlərinin əvvəllərində polis əməkdaşları və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

Tədbirlərdə çıxış edən rəsmilər Azərbaycan Polisinin 105 illik çətin və məsuliyyətli fəaliyyəti barədə geniş məlumatlar verərək, polisinin keçdiyi şanlı tarixi yola nəzər salıblar.

Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən məruzəçilər, 105 illik yubiley münasibətilə polis əməkdaşlarını təbrik edib, peşə həyatlarında uğurlar arzulayıblar.

Tədbirlərin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara, eləcə də polis veteranlarına hədiyyə və mükafatlar təqdim olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir