
Bakı.Trend:
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən göstərilən
xidmətlərdən 27-si elektronlaşdırılıb.
Trend-in
mediaturdakı müxbiri xəbər verir ki, bu barədə DMX-nin məsul
əməkdaşı Aygül Abbaszadə “Miqrasiya sahəsində media məlumatlılığı”
mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, qaçqınların müraciətlərinin elektron
qaydada qəbulu həyata keçirilmir. A.Abbaszadə bildirib ki,
beynəlxalq təcrübədə də qaçqınlarla bağlı prosedurların
elektronlaşdırılması tövsiyə edilmir və bu şəxslərlə fərdi qaydada
müsahibələr aparılır.
O qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin 9 regional idarəsi
fəaliyyət göstərir. Bundan əlavə, sərhəd buraxılış məntəqələrində
də miqrasiya şöbələri fəaliyyət göstərir.
A.Abbaszadənin sözlərinə görə, Xidmətin çağrı mərkəzi
Azərbaycan, ingilis və rus dillərində həftənin 7 günü, günün 24
saatı fəaliyyət göstərir.
O əlavə edib ki, DMX tərəfindən göstərilən 16 xidmət üzrə heç
bir dövlət rüsumu tutulmur.

