Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Brüsselə gəlib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, burada onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.
“Mayın 14-də Nikol Paşinyan, Şarl Mişel və İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, – mətbuat xidmətindən qeyd edilib.
Mənbə: TASS
www.RESMIXEBER.az