Bakıda həbsdə olan şəxsin evindən silah tapılıb

Cəmiyyət


Bakıda həbsdə olan şəxsin evindən silah tapılıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat yayıb.

Bildirilib ki, xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.1 (narkotik) və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmmədrəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi bir ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

Bundan başqa, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elcan Vəfadar oğlu Hüseynov təcridxanaya qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın astarında gizlətdiyi bir ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə – metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir