NAYORA Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib – FOTO

Cəmiyyət


Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən elan olunan “Heydər Əliyev İli” çərçivəsində NAYORA-nın təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib.

2023-cü il üçün Gənclər paytaxtı Mingəçevir şəhərində keçirilən ARGTMŞ üzvlərinin Məclisi bu tədbirlərdən biridir. Proqram çərçivəsində məclisdə açılış nitqi ilə çıxış edən NAYORA-nın sədri Azər Əliyev öncəliklə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti haqqında məlumat verərək bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini xüsusilə vurğulayıb. Qeyd edək ki, məclisin yekun qərarına uyğun olaraq NAYORA üzvlərinin sayı 150-ə çatıb.

Məclis çərçivəsində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin iştirakı ilə “Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində Heydər Əliyev ideologiyası və irsi” mövzusunda görüş keçirilib. Məclisin davamı olaraq İdarə Heyətimizin üzvləri Nail Şükürov və Dinara Bayramlı tərəfindən “Gənclər təşkilatlarında səmərəli idarəetmə: mövcud imkanlar və çətinliklər”, Sağlam Düşüncə Gənclər Təşkilatının həmtəsisçisi Ramiz Əliyev və təşkilatın sədri Sevinc Qasımova tərəfindən isə “Erasmus+Youth” və “European Solidarity Corps” mövzularında vörkşoplar baş tutub. Həmçinin Heydər Əliyev Mərkəzinə və Mingəçevir Gənclər Evinə infotur təşkil edilib.

Məlumdur ki, ulu öndərin hakimiyyəti dövründə Azərbaycanda bütün sahələrdə olduğu kimi idmanın və bədən tərbiyəsinin inkişafına qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Bu məqamlar nəzərə alınaraq Milli Şura tərəfindən gənclər təşkilatları arasında mini-futbol çempionatına strart verilib. Yarış ümumilikdə 16 gənclər təşkilatının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi ilə baş tutan silsilə tədbirlər çərçivəsində növbəti fəaliyyət olaraq gənclər təşkilatları arasında intellektual yarış keçirilib. 8 gənclər təşkilatının iştirak etdiyi oyunda komandalar Heydər Əliyev irsi, tarix, İkinci Qarabağ müharibəsi, ümumi dünyagörüşü ilə bağlı suallara cavab tapmağa çalışıblar. İki mərhələdən ibarət olan yarışda Böyük Qayıdış Gənclər Təşkilatı birinci yerə çıxaraq kubokla mükafatlandırılıb. Cavan Gənclər Hərəkatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi müvafiq olaraq ikinci və üçüncü yerləri öz aralarında bölüblər.

Həmçinin digər bir fəaliyyət olaraq gənclər təşkilatlarının nümayəndələrinin qanvermə aksiyası keçirilib. Aksiyada 30-dan çox gənclər təşkilatının rəhbər və nümayəndəsi iştirak edib. 

Xüsusi vurğulayaq ki, 10 May tarixində yüzlərlə gəncin iştirakı ilə Fəxri Xiyabana ziyarət təşkil olunub, ulu öndərin məzarı önünə gül dəstələri qoyulub.

“Azərbaycan xalqının tarixində böyük xilaskar kimi fəxrlə söz açdığımız, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin xatirəsini daim hörmət və şərəf hissi ilə anır, xatirəsini uca tutur və onun şah əsəri olan güclü Azərbaycanın gəncləri olduğumuz üçün qürur duyuruq”, – deyə bildirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir