Hacıqabulda polisin saxladığı avtomobildə narkotik və beşbarmaq aşkarlanıb

Cəmiyyət


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən mayın 8-də saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda KIA markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri, əvvəllər məhkum olunmuş – Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.

Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar, özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) təhvil veriliblər.

RPŞ-də avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir