Bazarda xoruz döyüşdürən şəxs cərimələndi

Kriminal


Göygöldə xoruz döyüşdürən şəxs cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün öncə rayonun mal bazarında polis əməkdaşları bir qrup şəxsin toplaşdığını və orada xoruz döyüşdürdüklərini müşahidə ediblər. Onlara yaxınlaşaraq xoruzların kimə məxsus olduğunu soruşublar. Məlum olub ki, xoruzların sahibi 41 yaşlı Nurlan Yusifovdur (şərti).

Polis əməkdaşları ona irad tutaraq ərazidə xoruz döyüşdürməməsini tapşırıblar. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq intizamsızlıq göstərib. Daha sonra Nurlan Yusifov barəsində inzibati xəta protokolu tərtib edilərək Göygöl Rayon Məhkəməsinə göndərilib. N.Yusifov izahatında özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə protokoluna əsasən, N.Yusifovun 200 manat məbləğində cərimə olunmasına dair qərar çıxarıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir