Hikmət Babaoğlu: “Nə “sülhməramlıların” missiyası, nə də Ermənistanın məramı sülhdür” – FOTO

HƏRBİ


“Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırması beynəlxalq hüquqa uyğundur. Eyni zamanda, beynəlxalq hüquqla Azərbaycana tanınan haqdır”.

Bunu resmixeber.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, istisnasız olaraq dünyanın bütün ölkələri arasında gediş-gəliş qaydaları mütləq nəzarət-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir:

“Yəni bu dövlətlərarası münasibətlərin normasıdır. Beynəlxalq hüququn bir tələbidir. Əslində bu vaxta qədər Ermənistanla Azərbaycan arasında nəzarət-buraxılış məntəqəsinin olmaması təəccüblü idi və beynəlxalq hüquqa uyğun deyildi. Ona görə də Azərbaycanın bu qərarı hörmətlə qarşılanmalıdır. Üstəlik, biz bilirik ki, bu nəzarətsizlikdən istifadə edən Ermənistan terrorçular və qanunsuz silah-sursat, mina ixrac edirdi. Bu da nəticədə Ermənistanın Azərbaycana qarşı növbəti müharibəyə hazırlığı demək idi. İş o yerə çatıb ki, cəmi 2,5 il bundan əvvəl məğlub olaraq kapitulyasiya aktına imza atan Ermənistan bu gün Azərbaycanın Qarabağ ərazisində 10 mindən çox terrorçu yerləşdirə bilib. Hər gün “sülhməramlı missiya”nın himayəsi altında Ermənistandan Azərbaycana silahlar daşınır. Aydın olur ki, nə “sülhməramlıların” missiyası, nə də Ermənistanın məramı sülhdür.

Belə olan halda qalib Azərbaycan bu addımı mütləq atmalı idi. Əslində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması regiona sülhü daha da yaxınlaşdırır. Çünki bundan sonra ərazilərimizə silah-sursat ixrac edilməyəcək. Təkcə Ermənistandan deyil, İrandan da Azərbaycan ərazisinə terrorçular cəlb edilməyəcək. Beləliklə regionda sülh üçün münbit zəmin yaranacaq. Ona görə də düşünürəm ki, Azərbaycanın bu addımı demokratik dünya tərəfindən təqdir olunmalıdır. Ona görə ki, Azərbaycan bu gün Avropa Birliyinin enerji və logistika təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. Azərbaycanda terror və müharibə olarsa, Avropa Birliyi ölkələrinin, eyni zamanda Orta Xəttdə, Böyük İpək Yolu üzərində olan olkələrin də regiondakı, Azərbaycandakı ticari-iqtisadi maraqları terror təhlükəsi ilə üzləşə bilər. Ona görə də bütün hallarda Azərbaycan bu addımı ilə terrora qarşı mübarizənin növbəti mərhələsinə qədəm qoymuş olmaqla region üçün sülhü bir qədər də yaxınlaşdırdı. Düşünürəm ki, bu addım dünya dövlətləri və  beynəlxalq hüquq tərəfindən təqdir olunmalıdır”.

Xatırladaq ki, Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Aysel Aslan

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir