Şuşaya köçürüləcək sakinlər arasında ilkin püskatma – FOTO

Cəmiyyət




Şuşaya köçürüləcək sakinlər arasında ilkin püşkatma olub.

Bununla bağlı məlumatı Oxu.Az əldə edib.

Məlumatda qeyd olunub ki, püşkatmada 50 ailə iştirak edib.

Artıq ilkin püşkatmada iştirak edən sakinlərə hansı binada, neçə otaqlı mənzillə təmin olunacaqları məlumdur. 

Şuşa şəhərinə ilk köçün mayın 8-də baş tutacağı bildirilir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Komitədən sorğumuza rəsmi cavab verilməsə də, məlumatı inkar edən də olmadı.

Əzizə İsmayılova

www.RESMIXEBER.az