Hökməlidə narkotik satan şəxsdən 2 kiloqram heroin götürülüb – FOTO/VİDEO

Kriminal

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Əhəd Qədirov tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən külli miqdarda – 2 kiloqrama yaxın heroin aşkar olunub. Əhəd Qədirov ifadəsində bir müddət əvvəl “Araz” adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifinə razılıq verdiyini bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir