Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?

Cəmiyyət

Şəhid atasının 43 saat polis bölməsində saxlanıldığı iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, Sabunçu rayonu, 12-ci polis şöbəsində heç bir əsas olmadan, şəhid atasının qanunsuz olaraq azadlıq hüquqi 43 saat ərzində məhdudlaşdırılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, barəsində olan şikayət əsasında vətəndaş polis bölməsinə dəvət edilib:

“İzahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır”.

Qeyd edək ki, həmin şəxs şəhid Mahir Mirzəyevin atasıdır. Mahir Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir