Bakı Dövlət Universitetində (BDU) iki yeni şöbə yaradılıb.
Bu barədə “resmixeber.az”a ali təhsil müəssisəsindən məlumat verilib.
Bildirilib ki, BDU-da tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir.
Struktur islahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə BDU Elmi Şurasında qərar qəbul olunub. Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
18:41
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılması təklif olunur.
Universitetdən verilən məlumata görə, bununla bağlı məsələ bu gün BDU Elmi Şurasının iclasında müzakirəyə çıxarılıb və qərar qəbul olunub.
Bundan əlavə, kafedraların adlarının da fakültənin yeni adına və tədris aparılacaq ixtisaslara uyğunlaşdırılması qərara alınıb.
Belə ki, struktur islahatlarına əsasən, Biblioqrafiyaşünaslıq kafedrası Sənəd menecmenti, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası Kitabxana-informasiya resurslarının idarə olunması, Kitabşünaslıq və nəşriyyat işi kafedrası Redaksiya-nəşriyyat işi kafedrası adlandırılacaq. Kitabxanaşünaslıq kafedrasının adı isə olduğu kimi saxlanılıb.
www.RESMIXEBER.az