
ABŞ Silahlı Qüvvələri iki İran dronunu zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu gün səhər tezdən ABŞ-ın Yaxın Şərqdəki qüvvələri Hörmüz boğazında beynəlxalq gəmiçiliyi təhdid edən iki İran kamikadze hücum dronunu vurdu”, – komandanlığın açıqlamasında deyilir.

