ABŞ “MOL”, “NIS” və “Qazprom Neft” arasında danışıqlar üçün daha 10 gün vaxt verib

Baş səhifə

Bakı. Trend:

ABŞ sanksiyalar altında olan “Serbiya Neft Sənayesi” (NIS)
şirkətinin nəzarət səhm paketinin Macarıstanın “MOL” şirkəti
tərəfindən alınmasına dair danışıqların başa çatdırılması üçün cəmi
10 gün vaxt verib. “NIS” və onun əsas səhmdarı olan “Qazprom Neft”
ABŞ sanksiyalarına məruz qalıb.

Trend-in
məlumatına görə, bu barədə MOL” şirkətindən bildiriblər.

Məlumata əsasən, danışıqların müddəti iyunun 16-dək uzadılıb,
halbuki şirkət vaxtın iyulun 6-dək uzadılmasını xahiş etmişdi.




“Şirkət ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət
İdarəsindən (OFAC) NIS şirkətinin nəzarət səhm paketinin alınması
ilə bağlı danışıqları 16 iyun 2026-cı il tarixinədək davam etdirmək
üçün rəsmi icazə alıb”, – deyə şirkətin bəyanatında bildirilib.

Bununla belə, “MOL” qeyd edib ki, mayın 22-də verilən əvvəlki
uzadılmadan sonra son həftələr ərzində danışıqlarda əhəmiyyətli
irəliləyiş əldə olunub və lisenziyanın əlavə uzadılması sövdələşmə
üzrə sənədləşmə prosesinin tamamlanmasına imkan verəcək.