
Bakı. Trend:
Braziliya milli futbol komandası yoldaşlıq oyununda Misir
komandasını 2-1 hesabı ilə məğlub edib.
Trend-in
məlumatına görə, görüş ABŞ-nin Klivlend şəhərində keçirilib.
Qalib komandanın heyətində qolları Bruno Qimarayns (7-ci dəqiqə)
və Endrik (52) vurublar.
Misirin millisinin heyətində Mostafa Ziko (11) fərqlənib.

