
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində
çoxmərtəbəli yaşayış binasında vətəndaşın təhlükəli vəziyyətdə
qalması barədə məlumat daxil olub
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar hadisə
yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın
onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar
asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir
barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq
təhlükəsində olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək
eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü
L.Məmmədovanı xilas ediblər.

