
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp hesab edir ki, BMT Hörmüz boğazından
normal gəmiçiliyin bərpasına və regiondakı vəziyyətin
normallaşmasına kömək edə bilər.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin
müavini Temmi Bryus “Fox News” telekanalının efirində bildirib.
“Bəli, BMT bunu edə bilər və hazırda müzakirələr də məhz bu
istiqamətdə aparılır”, – deyə o, BMT-nin bu məsələdə hər hansı rol
oynaya biləcəyi ilə bağlı suala cavab verib.
“Mən bilirəm ki, prezident BMT-yə böyük önəm verir, onun hansı
potensiala malik olduğunu yaxşı anlayır”, – deyə Bryus
vurğulayıb.
“Ümumi maraq doğuran məsələlər var. Məsələn, Hörmüz boğazı
tədarüklər, iqtisadiyyat və digər sahələr baxımından mühüm
əhəmiyyət daşıyır. Bu, hamımızı maraqlandıran məsələdir”, – deyə
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini bildirib.

