Braziliya ət idxalı ilə bağlı Aİ-yə qarşı cavab tədbirləri görəcəyini istisna etməyib

Baş səhifə

Bakı. Trend:

Braziliya hakimiyyəti Avropa İttifaqının Braziliya ət
məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab olaraq
tədbirlər görməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı
Nazirliyinin Ticarət və Beynəlxalq Əlaqələr katibi Luis Rua
deyib.




“Əgər bizə tərəfdaş kimi yanaşılmadığını anlasaq, Aİ-nin
hərəkətlərinə necə cavab verə biləcəyimizlə bağlı artıq bəzi
fikirlərimiz var”, – deyə o bildirib.

Onun sözlərinə görə, Braziliya rəhbərliyi Aİ-ni danışıqlar yolu
ilə məhdudiyyətləri aradan qaldırmağa inandırmağa ümid edir. O,
beynəlxalq ticarətdə “qarşılıqlılıq prinsipi”nin tətbiq olunduğunu
və ölkənin bundan istifadə edə biləcəyini bir daha vurğuladı.