Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan
laborator şəkildə təsdiqlənmiş ölüm hallarının sayı 86-ya
çatıb.
Trend-in məlumatına görə, bu barədə Konqo Səhiyyə Nazirliyi
gündəlik məlumat bülletenində bildirib.
Son 24 saat ərzində daha altı nəfər həyatını itirib. Ebola
virusuna yoluxma hallarının təsdiqlənmiş sayı 488-ə yüksəlib.
İyunun 5-i axşam saatlarında bu göstərici 452 idi.
Nazirlik qeyd edib ki, Ebola virusunun daha da yayılmasının
qarşısını almaq məqsədilə intensiv tədbirlər davam etdirilir.
Hakimiyyət orqanları hazırkı epidemiyanın episentri olan
Konqonun İturi əyalətində tibbi təcridxanaların imkanlarını
genişləndirir. Həmçinin tibb işçiləri və xidmət personalı üçün
əlavə qoruyucu vasitələr bölgəyə çatdırılır.

