
Bakı. Trend:
6 iyun 3×3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı
Varşava şəhərində keçirilən dünya çempionatının 1/4 finalında
Almaniya seçməsinə qarşı oyuna çıxıb.
Basketbol Federasiyasından Trend-ə verilən məlumata görə, qızlarımız görüşün
əvvəllərində hesabda geridə olsalar da, daha sonra Brianna
Freyserin dominant oyunu sayəsində geridönüş edib rəqibinə 18:16
hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, millimiz yarımfinalda Fransa – ABŞ cütünün qalibi
ilə qarşılaşacaq. Yarımfinal və final oyunları 7 iyunda baş
tutacaq.

