Abşeronda qanunsuz tikili sökülüb – FOTO/VİDEO

Cəmiyyət

Abşeronda daha bir qanunsuz tikilən obyekt sökülüb.

Bu barədə resmixeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir