Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib

Baş səhifə

Bakı. Trend:

21 iyun tarixində Xarici İşlər Nazirliyinə diplomatik xidmətə
qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı)
keçirilib.

XİN-dən verilən məlumata görə, imtahan Dövlət İmtahan Mərkəzinin
elektron imtahanlar korpusunda təşkil olunub.

İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı
yekunlaşdırdıqdan sonra, eləcə də imtahan üçün ayrılan vaxt başa
çatdıqdan sonra nəticələrlə tanış olmaq imkanına malik olublar.
Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.




İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi
biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә
mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim
olunub.

“Diplomatik xidmətə qəbul üzrə müsabiqənin ilkin mərhələsindən
müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara növbəti
mərhələlərdə uğurlar arzulayırıq”, – deyə məlumatda qeyd
olunub.