
Bakı. Trend:
2026/2027-ci il mövsümünün transfer çalışmalarını davam etdirən
“Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Bu barədə klubdan məlumat verilib.
Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və
qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub.
Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə
imzalanıb. 27 yaşlı qolkiper “Qarabağ”da 23 nömrəli formanı
geyinəcək.
“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas
komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya
keçib.

