Tehran ABŞ-la memorandum üzrə danışıqların davamı üçün şərt irəli sürüb

Baş səhifə

Bakı. Trend:

Livanda hərbi əməliyyatlar davam edərsə, İran ABŞ ilə memorandum
üzrə danışıqlar masasına qayıtmayacaq.

Bu barədə İran nümayəndə heyətinin nümayəndəsi Hüseyn Qurbanzadə
bildirib.

“Livandakı müharibə bitməsə, danışıqlar davam etməyəcək”, – deyə
o bildirib.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.