Qətər və Pakistan ABŞ-İran danışıqlarının ilk mərhələsinin nəticələrini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran arasında vasitəçilər olan Pakistan və Qətər
İsveçrənin Burgenstok şəhərində İslamabad Memorandumunun həyata
keçirilməsinə həsr olunmuş danışıqların birinci mərhələsinin başa
çatdığını elan etdilər.

Bu barədə Qətər və Pakistanın birgə bəyanatında bildirilib.




Onların sözlərinə görə, danışıqlar müsbət və konstruktiv bir
atmosferdə baş tutub.

“İsveçrənin Burgenstok şəhərində İran İslam Respublikası,
Amerika Birləşmiş Ştatları və iki vasitəçi tərəf olan Qətər Dövləti
və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə
İslamabad Anlaşma Memorandumu çərçivəsində yüksək səviyyəli
danışıqların birinci mərhələsi başa çatıb. Görüş <…> müsbət
və konstruktiv atmosferdə keçdi. Növbəti texniki danışıqlar üçün
təməlin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə
edilib”, – deyə bildirilib.