
Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer iyunun 22-də istefa
tarixini açıqlayacaq.
Bu barədə “The Guardian” qəzeti xəbər verib.
“Starmerin bazar ertəsi səhəri vəzifədən istefa etməsi tarixini
açıqlayacağı gözlənilir. Bu, Endi Börnemin Starmerlə liderlik
uğrunda mübarizə aparmadan payıza qədər baş nazir olmasına imkan
verəcək”, – deyə bildirilib.
Məlumata əsasən, Britaniya hökumətinin üzvləri Starmerin könüllü
olaraq istefa verməyə razı olacağını təsdiqləyiblər.
Nəşr vurğulayıb ki, bundan əvvəl baş nazir Börnemin onu
Leyboristlər Partiyasının lideri və hökumət başçısı vəzifəsindən
uzaqlaşdırmaq cəhdlərinə müqavimət göstərmək niyyətində idi.

