
Fransada müşahidə olunan güclü istilər səbəbindən sabah 845 məktəbin fəaliyyətini dayandıracağı açıqlanıb.
Metbuat.az xəbər verir ki, Fransanın milli meteorologiya xidməti Meteo-France-ın məlumatına görə, ölkənin 35 departamentində ən yüksək təhlükə səviyyəsi olan “qırmızı”, 45 departamentində isə “narıncı” xəbərdarlıq elan edilib.
Ölkənin müxtəlif bölgələrində havanın temperaturu 40 dərəcəyə qədər yüksəlib. Landes departamentinin Pissos qəsəbəsində isə termometrlər 42 dərəcə isti göstərib.
Meteoroloqların proqnozlarına əsasən, sabah vəziyyət daha da pisləşəcək. Belə ki, “qırmızı” xəbərdarlıq tətbiq olunan departamentlərin sayı 49-a, “narıncı” xəbərdarlıq verilən bölgələrin sayı isə 40-a çatacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

