Paytaxtda təmir sexindən maşın qaçıran şəxs tutulub

Cəmiyyət

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərindən birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırma aparılır.

www.RESMIXEBER.az