Son beş ildə şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə artırılıb

Cəmiyyət

“Son beş ildə icra olunan dörd sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə artırılıb”.

“resmixeber.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavininin sözlərinə görə, əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla üç dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü iki dəfə, yaşa görə müavinət üç dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü iki dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir