Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü ildə ölkəsində keçiriləcək KTMT təlimlərinin məqsədəuyğun olmaması ilə bağlı bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, bu, detalların aydınlaşdırılmasını tələb edən bəyanatdır:
“Bu, Ermənistanın baş nazirinin yeni bəyanatıdır. Düşünürəm ki, KTMT-dən olan həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatına aydınlıq gətirəcəklər”.
Eyni zamanda, o xatırladıb ki, belə bir dəqiqləşdirmənin nəticələrindən asılı olmayaraq, Ermənistan Rusiyanın ən yaxın müttəfiqləri sırasında qalır və onunla dialoq davam etdiriləcək.
Mənbə: Mk.ru
www.RESMIXEBER.az