Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir

Baş səhifə

Bakı. Trend:

“Yelo Bank” ASC “RFID əsaslı İnventarların Çiplənməsi və
İdarəetmə Sistemi Layihəsi”nin satın alınması üzrə Texniki Tender
elan edir.

Tender şərtləri:

• Bu mərhələdə yalnız texniki təkliflər qəbul olunur
(maliyyə/qiymət təklifi tələb edilmir).

• Sifarişçinin tələblərinə cavab verən texniki təkliflər
seçiləcək və həmin iştirakçılar növbəti Maliyyə Tenderinə dəvət
ediləcəkdir.

İştirakçılara olan əsas tələblər:

• Müvafiq sahədə iş təcrübəsi, texniki, maliyyə və kadr
imkanlarının olması;

• Vergi və icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin
olmaması;




• Fəaliyyət üçün müvafiq lisenziya və ya icazələrin olması;

• Müflis elan olunmaması və əmlakı üzərində məhdudiyyətin
bulunmaması.

Texniki təkliflər 12 avqust 2026-cı il, saat 17:00-dək e-poçt
vasitəsilə aşağıdakı kontaktlara təqdim edilməlidir:

Kimə: Turan Sadıqov ([email protected]
| +994 55 206 13 49)

CC: Rəşad Şükürov ([email protected] |
+994 55 670 00 27)

Tender haqqında daha ətraflı və dəvət məktubu üçün: https://ylb.az/4hMoafP.
Həmçinin yaranmış suallar ilə bağlı Turan Sadıqov ([email protected]
| +994 55 206 13 49) Rəşad Şükürov ([email protected] |
+994 55 670 00 27) əlaqə saxlaya bilərsiniz.

Bank xidmətləri ilə, eləcə də depozit faizleri ilə
bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsappyelo.az
hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!