Efiopiyada torpaq sürüşməsi 14 nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Efiopiyanın Amhara bölgəsində güclü yağışların səbəb olduğu
torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub, 7 nəfər isə
yaralanıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.




Faciə Müqəddəs Məryəm monastırının ərazisində baş verib. Səhər
saatlarında yüzlərlə dindar orada müqəddəs su ilə təmizlənmə
mərasimində iştirak edərkən torpaq kütləsi uçub.

Yerli rəsmilər dağıntılar altında hələ də insanların qala
biləcəyini və qurbanların dəqiq sayının hələlik məlum olmadığını
bildiriblər. Ağır yaralılar yaxınlıqdakı xəstəxanaya
yerləşdirilib.