Yunanıstanda meşə yanğınları 5700 hektardan çox ərazini külə döndərib

Baş səhifə

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinanın qərbində və ölkənin digər
bölgələrində şiddətli meşə yanğınları ilə mübarizə davam edir.
Güclü külək yanğınsöndürmə işlərini xeyli çətinləşdirir.

Yunanıstanın dövlət televiziyası ERT-in məlumatına görə,
Kandili, Luba və Morfeika kimi ərazilərin sakinləri 112 qaynar
xətti vasitəsilə mobil telefonlarına göndərilən təcili
xəbərdarlıqlardan sonra təhlükəsiz zonalara təxliyə ediliblər.




Ümumilikdə ölkə daxilində 73 aktiv meşə yanğını qeydə alınıb.
Lamya şəhəri yaxınlığındakı yanğına 77 yanğınsöndürən, 19 texnika
və 7 təyyarə cəlb olunub. Peyk məlumatlarına görə, indiyədək
yanğınlar 5700 hektardan çox ərazini külə döndərib.