
Bakı. Trend:
Londonun “ICE” birjasında sentyabr ayı üzrə Brent markalı neft
fyuçerslərinin qiyməti iyulun 13-dən bəri ilk dəfə bir barel üçün
82 ABŞ dollarından aşağı düşüb.
Bu barədə ticarət platformasından məlumat verilib.
Saat 02:00-a olan vəziyyətə görə, “Bren”t markalı neftin qiyməti
6,74 faiz azalaraq bir barel üçün 82 dollara enib.
Saat 02:10-da isə “Brent” markalı neftin qiymətində eniş tempi
zəifləyib və bir barel üçün 82,89 dollar (-5,73 faiz) təşkil
edib.

