Bakı. Trend:
Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs insanlara atəş
açıb. Polis iki nəfərin öldüyünü və beş nəfərin yaralandığını
bildirib.
Bu barədə Toronto polisinin “X” sosial şəbəkəsində məlumat
verilib.
“Beş nəfər güllə yarası ilə tapılıb, iki nəfər hadisə yerində
ölüb”, – deyə bildirilib.
Atıcının şəxsiyyəti və motivi araşdırılır. Atışma Kanadanın ən
böyük Latın Amerikası mədəniyyət festivalının qeyd edilməsi zamanı
baş verib.

