
Bakı.Trend:
Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərinə miqrant
axını nəticəsində həlak olanların sayı 88 nəfərə çatıb.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Bundan əvvəl, İspaniya hökumətinin Seutadakı nümayəndəliyi
avqustun 2-də 72 nəfərin həlak olduğunu bildirmişdi. Mərakeş
hakimiyyəti isə 11 nəfərin öldüyünü açıqlamışdı.
İyulun sonunda on minlərlə qanunsuz miqrant üzərək, eləcə də
Seutanı Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə
daxil ola bilmişdi.
Yaranmış böhran fonunda İspaniya hakimiyyəti şəhərdə
təhlükəsizliyin təmin edilməsinə dəstək məqsədilə hərbçiləri
səfərbər etmək qərarına gəlib.
Bildirilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə
geri qayıdıb.

