İran XİN bu gün ABŞ ilə müzakirələrin keçirilməyəcəyini deyib

Baş səhifə

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai
dolayı şəkildə İran və ABŞ arasında bu gün keçiriləcəyi deyilən
müzakirələrin baş tutmayacağını qeyd edib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu
gün (3 avqust) Tehranda keçirilən mətbuat konfransında bildirib ki,
İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İraqa ziyarət
səbəbi ilə şəxsi səfərə gedir. İranın müzakirə heyətində olan qalan
əməkdaşlar da İrandadır.

İran və ABŞ ilə əlaqədar məsələlərdə Çinin vasitəçi olmasına
dair xəbərlərə münasibət bildirən Bəqai qeyd edib ki, İran və ABŞ
arasındakı məsələlərdə vasitəçi Pakistandır və Qətərdə lazım olan
hallarda köməklik göstərir.




“İranın Çinlə dostluq və yaxın əməkdaşlıq əlaqəsi var. Çin də
regionda qarşıdurma və destabilliyin artmasında İranın
narahatlığına şərikdir. Buna əsasən Çin tərəfi gərginliyin
qarşısının alınması üçün öz imkanlarından istifadə edir. Bu
baxımdan Çin bir sıra ölkələr kimi köməklik göstərir. Lakin mövcud
vasitəçilərə yeni vasitəçi əlavə olunmayıb”, – deyə o qeyd
edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ Prezidenti Donald
Tramp ABŞ və İran arasında danışıqların bazar ertəsi günü
başlayacağını bildirib. ABŞ prezidenti bildirib ki, Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər hakimiyyətlərinin,
eləcə də İran tərəfinin tələbi ilə danışıqlara razılıq verib.