
Bakı. Trend:
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi
Parmölənə məktub ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib.
Məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və
bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası
əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan
sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
xalqınıza daim rifah və firavanlıq arzulayıram”.

