Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonun şimalındakı Enfild
bölgəsində yeddi məktəb və bir uşaq bağçasında infeksiyanın
alovlanması nəticəsində 60-dan çox uşaq qızılcaya yoluxub.
Trend xəbər verir
ki, bu barədə Sky News telekanalı məlumat yayıb.
Bildirilir ki, Enfild və Harinqey bölgələrindəki azı yeddi
məktəbdə yoluxma halları təsdiqlənib və virus yayılmaqda davam
edir.
Qeyd olunur ki, Londonda qızılcanın irimiqyaslı yayılma
modelinin simulyasiyası 40 mindən 160 minə qədər insanın yoluxa
biləcəyini göstərib.

