Xankəndi–Şuşa yolunda ağır qəza: 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

Baş səhifə

Bakı. Trend:

Xankəndi–Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat
hadisəsi ölümlə nəticələnib.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, qəza ötən gecə baş verib. Belə
ki, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən
çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.




Hadisə nəticəsində avtomobildə olan Bayram Verdiyev hadisə
yerində həyatını itirib. Digər sərnişin Orxan Şirinov isə ağır
xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.