Xankəndi–Şuşa yolunda qəza olub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Baş səhifə

Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza ötən gecə qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.