Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib

Baş səhifə

Bakı. Trend:

Misirli hücumçu Məhəmməd Salah Türkiyənin “Trabzonspor” klubu
ilə müqavilə imzalamaq üçün bu ölkəyə gəlib.

Bu barədə klubun X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat
yayılıb.

Bundan əvvəl KİV-də 34 yaşlı futbolçunun “Trabzonspor”la iki
illik müqavilənin şərtlərini razılaşdırdığı bildirilmişdi.




Məhəmməd Salahın son klubu İngiltərənin “Liverpul” komandası
olub. O, bu yay klubdan ayrılıb.

Salah “Liverpul”un heyətində iki dəfə İngiltərə çempionu
(2019/2020 və 2024/2025), UEFA Çempionlar Liqasının (2018/2019) və
klublararası dünya çempionatının (2019) qalibi olub. O, həmçinin
İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022
və 2023/2024), İngiltərə Superkubokunu (2022) və UEFA Superkubokunu
(2019) qazanıb.